Tramp-Bayden yarışını koronavirus “qazandı”

Tramp-Bayden yarışını koronavirus “qazandı”

Hazırda oxunan: Tramp-Bayden yarışını koronavirus “qazandı”

2166

Gündəmi prezident seçkiləri olan ABŞ-da koronavirusa yoluxma halı pik həddə çatıb.

Bizim.Media xarici KİV-ə istinadən bildirir ki, virusa yoluxma və ölüm sayının artması ölkədə narahatlığa səbəb olub.

Seçki günü kütlənin ehtiyatsız toplanması prosesi daha da pisləşdirib.
Belə ki, ABŞ-da son 24 saat ərzində yeni tipli koronavirusa yoluxanların sayı 121 min 888, ölənlərin sayı isə 1210 nəfərə çatıb.

Ağ Evin ictimaiyətlə əlaqələr şöbəsinin rəhbəri Antoni Skaramuççi  bildirib ki, seçki nəticələrindən asılı olmayaraq 20 yanvar tarixinə qədər ölkədəki koronavirusla mübarizənin başındaTramp hakimiyəti  olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO