Bayden ETİRAF ETDİ: Amerika kəşfiyyatı İsrailə Sinvarın yerini izləməyə kömək edib

Bayden ETİRAF ETDİ: Amerika kəşfiyyatı İsrailə Sinvarın yerini izləməyə kömək edib

Hazırda oxunan: Bayden ETİRAF ETDİ: Amerika kəşfiyyatı İsrailə Sinvarın yerini izləməyə kömək edib

216596

ABŞ prezidenti Co Bayden HƏMAS lideri Yəhya Sinvarın öldürülməsini 2011-ci ildə Üsamə Bin Ladenin məhv edilməsi ilə müqayisə edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb.

Baydenin bəyanatında qeyd edilib ki, ABŞ kəşfiyyatı onun əmri ilə İsrailə HƏMAS lideri Yəhya Sinvarın yerini izləməyə kömək edib:

"İsrailin HƏMAS-ın rəhbərliyini və hərbi strukturunu məhv etməyə tam haqqı var idi. HƏMAS artıq oktyabrın 7-də keçirdiyi kimi əməliyyat keçirəcək vəziyyətdə deyil.
 

Tezliklə İsrailin Baş naziri Netanyahu və digər İsrail liderləri ilə danışacağam, onları təbrik edəcəyəm, girovları ailələrinə qaytarmağın yollarını müzakirə edəcəyəm və günahsız insanlara bu qədər ziyan vuran bu müharibəyə birdəfəlik son qoyacağam.


İndi Qəzzada HƏMAS-ın idarəsi olmadan həm israillilər, həm də fələstinlilər üçün daha yaxşı gələcək təmin edəcək siyasi nizamlanma üçün bir fürsət var.

Yəhya Sinvar bütün bu məqsədlərə çatmaq üçün keçilməz bir maneə idi. Bu maneə artıq yoxdur. Amma qarşıda hələ çox iş var”, - deyə bəyanatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO