Makron və Netanyahu arasında GƏRGİNLİK – İsraili əslində kim YARADIB?

Makron və Netanyahu arasında GƏRGİNLİK – İsraili əslində kim YARADIB?

Hazırda oxunan: Makron və Netanyahu arasında GƏRGİNLİK – İsraili əslində kim YARADIB?

216523

Son günlər Fransa ilə İsrail arasında müəyyən qalmaqallar yaşanır. Fransa Prezidenti Emmanuel Makronun İsrailin BMT qərarı ilə qurulduğuna dair sözləri Netanyahu hökumətinin kəskin qəzəbinə səbəb olub. Makrona cavab olaraq, İsrailin Baş naziri Binyamin Netanyahu Fransanın “Le Figaro” qəzetinə müsahibəsində qeyd edib ki, Fransa Prezidentinin İsraillə bağlı verdiyi açıqlama tarix cahilliyi və hörmətsizlik əlamətidir.

“Bu, tarix cahilliyidir və hörmətsizlik əlamətidir. BMT yəhudi xalqının dövlət hüququnu tanıyıb, amma qətiyyən onun yaradanı olmayıb”, – o qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Netanyahudan Makronun sözlərinə CAVAB: “Cahildir”


Netanyahu xatırladıb ki, yəhudi xalqı artıq 3,5 min ildir İsrail torpağına bağlıdır. Onun sözlərinə görə, müasir İsrail birləşmiş beş ərəb dövlətinin hücumuna qarşı duran “müstəqillik müharibəsinin cəsur döyüşçülərinin sayəsində” yaradılıb.

“Birləşmiş Millətlər Təşkilatının “İsrail dövlətini yaratdığı” barədə sözlər tarixin təhrifidir”, – Netanyahu vurğulayıb.

Netanyahu, yoxsa Makron haqlıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirir ki, İsrail dövlətini İsrail xalqı yaradıb:

“Təbii ki, İsrail dövlətini yaradan İsrail xalqı olub, müharibədə özlərinin müdafiə sistemlərini qurmaqla buna nail olublar. Makron isə keçən əsrin 40-cı illərin faşist Vişi hökumətinin antisemitizm siyasətini davam etdirir. Onun dövründə 80 mindən çox yəhudi Fransanı tərk edərək, İsrailə köçüb.

Makron isə antisemitizm və antiislamizmi ölkədə aparıcı siyasətə çevirir. O, həmçinin müstəmləkələrdə və Cənubi Qafqazda yeni müharibələr yaratmaq siyasəti güdür. Netanyahu isə açıqlaması ilə Makronun iç üzünü ortaya qoyub”.

Qeyd edək ki, I Dünya Müharibəsindən sonrakı illərdə yəhudilərin Yaxın Şərqə kütləvi köç dalğası başlayıb. II Dünya Müharibəsi dövründə Hitler Almaniyasının soyqırımı siyasətindən qurtulmaq istəyən minlərlə yəhudi də Yaxın Şərqə üz tutub. Nəticədə, ərəblər və yəhudilər arasında arasında qanlı toqquşmalar başlayıb. 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən hazırlanmış paylaşma planı ilə bölgədə müstəqil ərəb və yəhudi dövlətləri ilə birlikdə beynəlxalq Qüds rəhbərliyinin qurulması istənilib. 1948-ci ildə David Ben-Qurionun sədrliyi ilə qurulan Yəhudi Milli Konqresi İsrail dövlətinin qurulduğunu elan edib.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO