Fransada saxlanılan ictimai fəal azadlığa buraxıldı

Fransada saxlanılan ictimai fəal azadlığa buraxıldı

Hazırda oxunan: Fransada saxlanılan ictimai fəal azadlığa buraxıldı

216513

Oktyabrın 15-də Paris şəhərində Fransa xüsusi xidmət orqanları tərəfindən saxlanılan ictimai fəal, Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan şəxs kimi tanınan Kemi Seba azadlığa buraxılıb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, K.Seba xarici ölkələrlə əməkdaşlıqda ittiham edilib. Onu bu ittihamla 30 ilədək həbs gözləyirdi. Lakin məhkəmədə bununla bağlı hər hansı fakt sübuta yetirilməyib.

Qeyd edək ki, K.Seba Afrikanın müstəqilliyi və suverenliyi uğrunda hərəkatın simvolik liderlərindən biri kimi tanınır və neokolonializmlə fəal mübarizə aparır. O, həm də Fransa neokolonializminin əsas tənqidçilərindən biridir.

K.Seba 1981-ci ildə Fransanın Strasburq şəhərində anadan olub. 2024-cü ildə Fransa hökuməti Parisin müstəmləkəçilik siyasəti nəticəsində Afrika ölkələrinə vurduğu ziyana görə ölkə hakimiyyətini açıq şəkildə tənqid etdiyi və Fransanın dənizaşırı ərazilərinin müstəqilliyi uğrunda hərəkatları dəstəklədiyi üçün onu vətəndaşlıqdan məhrum edib.

Fransa hakimiyyəti K.Sebanı mövqeyindən geri çəkilməyə məcbur etmək üçün dəfələrlə həbs edib.

Fransa vətəndaşlığını itirməsinə cavab olaraq Niger prezidenti K.Sebanı xüsusi müşavir təyin edib, bir sıra Afrika ölkələri isə ona diplomatik pasport verib.

K.Sebanın müxtəlif sosial şəbəkələrdə geniş auditoriyası var – o, “Facebook”da 1,3 milyon, “TikTok”da 370 min, “Instagram”da 306 min, “X”da 280 min, “YouTube”da isə 230 min izləyiciyə malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO