Türkiyə Silahlı Qüvvələri son bir həftədə İraq və Suriyanın şimal hissəsində keçirdikləri antiterror əməliyyatları nəticəsində 45 terrorçunu öldürüb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zəki Aktürk bildirib.
O vurğulayıb ki, Türkiyə 2024-cü il yanvarın 1-dən indiyədək 2 194 terrorçu zərərsizləşdirib.
“Pəncə-kilid” əməliyyatı böyük əzmlə davam edir. İndiyədək ümumilikdə 3 094 mina və PUA məhv edilib, 1256 mağara və sığınacaq yararsız vəziyyətə salınıb, 937-si ağır silah olmaqla, 2 333 müxtəlif silah və bu silahların 881 445 sursatı ələ keçirilib”, - o qeyd edib.
Müşavir deyib ki, 82 307 nəfərin Türkiyəyə qanunsuz keçidinin qarşısı alınıb.
Bizim.Media