“NATO-nun Cənubi Qafqazdakı fəaliyyəti dağıdıcı xarakter daşıyır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çərşənbə günü keçirdiyi brifinqdə qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, NATO-nun əsl məqsədi regionu Rusiya ilə qarşıdurma meydanına çevirmək, ölkələri bir-birinə qarşı qoymaq, sonra isə bundan faydalanmaqdır.
O qeyd edib ki, Moskva regionda qərarların bu region ölkələrinin özləri tərəfindən qəbul edilməsi qənaətindədir.
Bizim.Media