Türkiyədə müəllim zəlzələ zamanı şagirdini məktəbdən belə çıxardı - VİDEO

Türkiyədə müəllim zəlzələ zamanı şagirdini məktəbdən belə çıxardı - VİDEO

Hazırda oxunan: Türkiyədə müəllim zəlzələ zamanı şagirdini məktəbdən belə çıxardı - VİDEO

216355

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Malatya vilayətində güclü zəlzələ olub. 5,9 maqnitudalı zəlzələ Diyarbəkir, Elazığ, Kahramanmaraş, Tokat və Adıyamanda da hiss olunub.

Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, yeraltı təkanlar zamanı insanlar ev və iş yerlərini tərk edərək küçələrə çıxıblar.

Malatyada zəlzələ anında məktəblərdən birində şagirdlərin məktəbi tərk etməsinin görüntüləri yayılıb. Görüntülərdən müəllimin fiziki məhdudiyyətli şagirdi belinə alaraq məktəbdən çıxardığını görmək mümkün olub. Həmin video sosial şəbəkələrdə maraqla qarşılanıb.

Qeyd edək ki, zəlzələ nəticəsində insan tələfatı qeydə alınmayıb. Bununla belə, Malatyada 1, Şanlıurfada 1, eləcə də Elazığda 1 olmaqla ümumilikdə 3 bina qismən çöküb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO