Xəbər verdiyimiz kimi, Prezident Volodimir Zelenski Ali Radada Ukraynanın "Qələbə Plan"ını təqdim edib. Planda əsasən ölkənin dərhal NATO üzvlüyünə dəvət edilməsi yer alıb.
Almaniyanın BİLD qəzetinin hərbi analitiki Yulian Röpke Zelenskinin “Qələbə Planı”na rişxəndlə reaksiya verib.
Bizim.Media xəbər verir ki, bu barədə o, X səhifəsində yazıb.
“NATO-ya qəbul olmayacaq, Qərb silahları ilə Rusiyanın içərilərinə doğru zərbə endirməyə icazə verilməyəcək, Rusiya aviasiyasına qarşı ümumi hava hücumundan müdafiə sistemi olmayacaq.
Ölkənin tam azad olunmasından isə söhbət belə gedə bilməz. Daha sözüm yoxdur", deyə o, qeyd edib.
Bizim.Media