ABŞ-dan İsrailə embarqo XƏBƏRDARLIĞI – Netanyahu geri addım ATACAQ?

ABŞ-dan İsrailə embarqo XƏBƏRDARLIĞI – Netanyahu geri addım ATACAQ?

Hazırda oxunan: ABŞ-dan İsrailə embarqo XƏBƏRDARLIĞI – Netanyahu geri addım ATACAQ?

216319

ABŞ İsraili Yaxın Şərqdəki müharibəni başa çatdırmağa təhrik edir.

İsrail televiziyasının 12-ci kanalının ABŞ rəsmilərinin məktubuna istinadən yaydığı məlumata görə, Vaşinqton Təl-Əvivə bildirib ki, Qəzza zolağındakı humanitar böhran noyabrın ortalarına qədər həll olunmasa, ABŞ İsrailə silah tədarükünü dayandıracaq.

Bildirilib ki, ABŞ İsrailə açıq mesaj göndərib:
 

MÖVZU İLƏ BAĞLI:

Netanyahudan BMT-nin baş katibinə ÇAĞIRIŞ: “Sülhməramlıları Livandan çıxarın”


"Qəzza zolağındakı humanitar böhran bir ay ərzində həll edilməlidir. Əks təqdirdə silah embarqosu tətbiq edilə bilər".

Burada qeyd olunur ki, ABŞ administrasiyası Fələstin anklavında humanitar vəziyyətin pisləşməsindən narahatdır. Ona görə də vəziyyətin dəyişdirilməsi üçün təcili tədbirlərin görülməsini tələb edir.

Bu fonda Yaxın Şərqdə münaqişə gələn ay başa çata bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Ana Vətən Partiyasınln sədri Fəzail Ağamalı İsrailin HƏMAS, “Hizbullah”, husilər və dolayısı ilə İranla apardığı genişmiqyaslı müharibənin tezliklə bitəcəyini güman etmir:

“Çünki İsrailin başlıca məqsədi HƏMAS, “Hizbullah” husilər, hətta İraq və Suriyadakı iranpərəst silahlı birləşmələri tamamilə məhv etməkdən ibarətdir. İsrail bu fürsətdən tam yararlanmayınca müharibə bitməyəcək. Yalnız bundan sonra onlar müharibəni dayandıra bilər. Belə olduqda İran xeyli dərəcədə zəifləyəcək, regiondakı mövcud nüfuzunu tamamilə itirəcək. Hətta proses İranda rejim dəyişikliyinə qədər gətirib çıxara bilər”.


Həmsöhbətimiz qeyd edir ki, ABŞ İranla İsrail arasında geniş miqyaslı müharibəyə imkan verməyəcək:

“Ancaq hər halda İsrailin Yaxın Şərqdə həlledici mövqeyə çıxması Təl-Əvivin qarşıya qoyduğu başlıca məqsəddir. İsrail buna doğru ciddi addımlar atmaqda davam edir.

Qəzza zolağındakı humanitar böhranla bağlı Vaşinqtonun İsrailə təzyiqləri ola bilsin həmin böhranı aradan qaldırmaq üçün Təl-Əvivin daha aktiv olmasına səbəb olsun. Bu baxımdan İsrail humanitar fəlakəti aradan qaldırmaqla, qarşıya qoyduğu məqsədə çatmaq üçün ABŞ-dan silah alışını davam etdirə bilər. Ancaq müharibə tezliklə başa çatmayacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO