Türkiyə qırıcıları İraqda daha 13 PKK terrorçusunu məhv etdi

Türkiyə qırıcıları İraqda daha 13 PKK terrorçusunu məhv etdi

Hazırda oxunan: Türkiyə qırıcıları İraqda daha 13 PKK terrorçusunu məhv etdi

216278

Türkiyə Hərbi Hava Qüvvələrinin oktyabrın 9-dan 11-dək İraqın şimalında PKK terror təşkilatının obyektlərinə endirdiyi hava zərbələri nəticəsində 13 terrorçu zərərsizləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Mənbə qeyd edir ki, Qara rayonunda 8, Xakurk bölgəsində isə 5 yaraqlı məhv edilib.

Xatırladaq ki, 2024-cü ilin əvvəlindən indiyədək türk hərbçiləri tərəfindən 2150-dən artıq terrorçu zərərsizləşdirilib. Onların əksəriyyəti İraqın şimalında məhv edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO