Siyasətləri də bayraqları kimi HƏMRƏNGDİR...– Niderland niyə Fransanın yolunu GEDİR?

Siyasətləri də bayraqları kimi HƏMRƏNGDİR...– Niderland niyə Fransanın yolunu GEDİR?

Hazırda oxunan: Siyasətləri də bayraqları kimi HƏMRƏNGDİR...– Niderland niyə Fransanın yolunu GEDİR?

215982

Fransanın ardınca Niderland Krallığı da Azərbaycana qarşı qərəzli kampaniyaya start verib.

Belə ki, bu ölkə parlamentinin Nümayəndələr Palatasının 10 oktyabr tarixində Azərbaycan əleyhinə iki qətnamə qəbul edib. Həmin qərəzli  qətnamələrin qəbul edilməsində Niderland xarici işlər naziri Kaspar Veldkamp da iştirak edib.

Birinci qətnamədə iddia edilir ki, Azərbaycanın Qarabağı azad etməsi nəticəsində guya oradakı erməni əhalisi qaçmağa məcbur olub, Azərbaycan guya həmin ərazidə “erməni mədəni irsi”ni məhv edib. Bu əsasda da Niderland parlamenti 1954-cü ilin Haaqa konvensiyası əsasında Aİ və YUNESKO-da erməni mədəni irsini müdafiə etməyə çağırıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Fransa zülmündən əziyyət çəkənlər BAKIDA - Azərbaycan dünya düzənini DƏYİŞDİRİR?


İkinci qətnamədə isə bildirilir ki, 30 ildən sonra ilk dəfədir ki, Azərbaycanla Ermənistan arasında sülhün yaradılması üçün əlverişli imkan yaranıb. Amma bununla yanaşı, orada qeyd edilir ki, Azərbaycanın erməni hərbçiləri saxlamaqda davam etməsi prosesə maneə olmaqda davam edir. Qətnamədə həmçinin, digər Avropa ölkələrini erməni hərbi əsirləri azad etmək üçün Azərbaycana təzyiqləri artırmağa çağırış da yer alıb.

Niderlandın bu cür təxribatçı mövqeyinə səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, belə yanaşma sərgilənməsi Niderlandın gücsüzlüyünün əlamətidir:

“Cənubi Qafqaz regionunda Ermənistan böyük dövlətlərin forpostu olduğu kimi, Avropada da elə dövlətlər var ki, onlar da qitənin böyük dövlətlərinin bir növ rəsmiyyətdən kənar növbətçi təsir vasitələridir. Belə ölkələrdən biri də Niderlanddır. Bu ölkə sifariş aldığı Qərbi Avropa dövlətlərinin siyasi alətinə çevrilir. Nəticə etibarı ilə özünü islamofob güc mərkəzlərinə daha yaxın hiss edir.


Bu durumda düşünürlər ki, beynəlxalq münasibətlərdə də özlərinə müəyyən dividendlər qazanırlar. Özlərini hətta guya dünya siyasətinə təsir edən güc kimi aparırlar. Amma əslində bu cür yanaşma Niderland kimi ölkələrin gücsüzlüyünün əlamətidir. Niderlandın həmin qətnamələri də gücsüzlüyündən doğan “gücüdür”.

Deputat qeyd edir ki, Azərbaycan Niderlandın arxalandığı ölkələrin bəyanatından narahat olmadığı kimi, Amsterdamın belə bəyanatlarından əsla narahat olmayacaq:

“Nəticə etibarı ilə onların erməniləri beynəlxalq hüquqa zidd olaraq müdafiə etmələri, Azərbaycanda keçiriləcək COP29 tədbirinə qarşı qarayaxma kampaniyasında iştirak etməsi Niderlandın özünü nüfuzdan salacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO