Türkiyəli alimə iqtisadiyyat üzrə Nobel mükafatı verildi - FOTO

Türkiyəli alimə iqtisadiyyat üzrə Nobel mükafatı verildi - FOTO

Hazırda oxunan: Türkiyəli alimə iqtisadiyyat üzrə Nobel mükafatı verildi - FOTO

215970

2024-cü il üçün Nobel Həftəsi bu gün başa çatıb. İsveç Kral Elmlər Akademiyası tərəfindən sonuncu mükafat iqtisadçılara verilib.

Bizim.Media xəbər verir ki, bu ilki mükafat ABŞ-ın 3 aliminə təqdim edilib: Daron Acemoğlu, Saymon Conson və James A. Robinson.

Onlar bu mülafatı “institutlarla bağlı araşdırmalarına görə” alıblar.

Laureatların alacaqları 11 milyon İsveç kronu hər üç alim arasında bərabər bölünəcək.

Laureatlar haqqında daha ətraflı:

Daron Acemoğlu 1967-ci ildə Türkiyədə, İstanbulda anadan olub. 1992-ci ildə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində fəlsəfə doktoru olub. O, həmçinin Kembricdəki Massaçusets Texnologiya İnstitutunda dərs deyir.

Saymon Conson 1963-cü ildə Böyük Britaniyada yerləşən Şeffilddə anadan olub. 1989-cu ildə Kembricdəki Massaçusets Texnologiya İnstitutunda fəlsəfə doktoru olub və hazırda burada dərs deyir.

James Robinson 1960-cı ildə Britaniyada anadan olub və 1993-cü ildə Yale Universitetində filosofiya doktoru olub. İndi o, ABŞ-ın Çikaqo Universitetinin professorudur.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO