İsrail Qəzzada xəstəxanaya zərbə endirdi

İsrail Qəzzada xəstəxanaya zərbə endirdi

Hazırda oxunan: İsrail Qəzzada xəstəxanaya zərbə endirdi

215915

Ərəb mediası İsrailin Qəzza zolağının Deyr əl-Bəlah şəhərindəki xəstəxanaya endirdiyi zərbə nəticəsində 4 nəfərin öldüyünü və 70 nəfərin yaralandığını bildirib.

Bizim.Media xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, xəstəxanada HƏMAS-ın komanda mərkəzi yerləşirdi.

İsrail mülki əhaliyə dəyən ziyanı minimuma endirmək üçün tədbirlər gördüyünü bildirib.

Al Mayadeen TV-nin məlumatına görə, İsrailin endirdiyi zərbələr yanğına səbəb olub. Nəticədə 30-dan çox fələstinlinin qaldığı çadır məhv olub.

Qeyd edilib ki, çoxlu sayda yaralı var və onların vəziyyəti olduqca ağırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO