Trampa qarşı 3-cü dəfə sui-qəsd cəhdi oldu

Trampa qarşı 3-cü dəfə sui-qəsd cəhdi oldu

Hazırda oxunan: Trampa qarşı 3-cü dəfə sui-qəsd cəhdi oldu

215912

ABŞ-ın keçmiş Prezidenti Donald Trampa qarşı bu il üçüncü dəfə sui-qəsdə cəhd edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "New York Post" yayıb.

Məlumata görə, sui-qəsd cəhdi şənbə günü keçirilən mitinq vaxtı olub. Silahlı dərhal ərazidəki təhlükəsizlik əməkdaşları tərəfindən yaxalanıb.

Xatırladaq ki, ona qarşı birinci sui-qəsd iyulun 13-də ABŞ-ın Pensilvaniya ştatında, seçicilərlə görüşdə baş vermişdi və nəticədə bir nəfər ölmüş, iki nəfər yaralanmışdı. İkinci sui-qəsd isə Tramp Florida ştatında qolf oynayarkən baş vermiş, lakin heç bir zədə almamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO