Xəbər verdiyimiz kimi, oktyabrın 4-də Qazaxıstanın Almatı vilayətinin Talqar şəhərində bir qrup gənc arasında dava baş verib.
Münaqişə nəticəsində 16 yaşlı Şerzat Bolat bıçaq yarası alaraq həlak olub, daha iki nəfər ağır bədən xəsarəti alıb. Polis hadisəni törətməkdə şübhəli bilinən yeddi nəfəri saxlayıb.
Bizim.Media Qazaxıstan mediasına istinadən xəbər verir ki, bununla bağlı əraziyə Qazaxıstan Daxili İşlər Nazirliyinin Milli Qvardiyasının əsgərləri cəlb edilib.
Oktyabrın 12-də isə Enbekşiqazax rayonunun Azat kəndində Talqarda həlak olan yeniyetmə Şerzat Bolatın ailəsinə məxsus ev yanıb.
Fövqəladə Hallar Nazirliyi yanğın zamanı xəsarət alanların olmadığını bildirib.
Hazırda Şerzat Bolatın ailəsi xüsusi mühafizə edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:27 / 14.10.2024
Qazaxıstanda nə baş verir? - Bu bölgəyə Milli Qvardiyanın əsgərləri GƏTİRİLDİ
Hazırda oxunan: Qazaxıstanda nə baş verir? - Bu bölgəyə Milli Qvardiyanın əsgərləri GƏTİRİLDİ
Hazırda oxunan: Qazaxıstanda nə baş verir? - Bu bölgəyə Milli Qvardiyanın əsgərləri GƏTİRİLDİ
215911
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.