1994-cü il dekabrın 26-da NASA-nın ən əsas kosmik teleskopu olan “Habbl” kosmosda uçan bir şəhər aşkarlayıb. Ciddi məxfilik qaydalarına baxmayaraq sensasiyalı məlumat mətbuata sızıb. 1995-ci ilin yanvarında Almaniyada nəşr olunan astronomiya jurnalı qeyri-adi kosmik tapıntı barədə qısa da olsa xəbər paylaşıb.
Bizim.Media Almaniya jurnalının ardınca xəbəri tirajlayan mətbu orqanlara istinadən xəbər verir ki, informasiyanın məğzi bundan ibarət idi:
“Bəşəriyyətdə Tanrının qaldığı yer aşkarlanıb – dekabrın 26-sı ABŞ-ın aerokosmik agentliyi olan NASA-da səs-küy qalxıb”.
Buna baxmayaraq, kəşf haqqında NASA-dan rəsmi açıqlama verilməyib. Amma qeydə alınan çəkilişlər maraq doğurub. Belə ki, əvvəlcə fotolarda yalnız dumanlı ləkə görünüb. Lakin Florida universitetinin professoru Ken Uilson sadə lupa elə şəkilə baxanda bu ləkəninin foto deffekti olmadığını bilib. Fotodakı ləkə heç rabitədəki boşluq və təsadüf də olmayıb. Çünki dumanlı ləkənin qəribə forması var idi.
Buna görə də, professor həmin nöqtəni bir daha lentə almağı təklif edib. Nəticədə, alimlərin önündə nəhəng parlaq şəhər görünüb.
Parlaq şəhərin təxmini ölçüləri milyardlarla kilometr müəyyənləşib. Bu isə Yer kürəsinin onun daxilində nöqtə boyda olduğu anlamına gəlir. Buna məəttəl qalan NASA əməkdaşları tapıntıya “Yaradanın Evi” deyiblər. Amerikalı tədqiqatçıların fikrincə, Tanrı orada yaşayır. Məşhur fizik Henri Bledmur isə bu şəhərin paralel dünyaya aid olduğunu iddia edib. Bedmurun fıərziyyəsində həmin şəhərin sakinləri bu dünyada ölən insanların ruhlarıdır.
Digər fantastik versiyada bu şəhərin planetə aid olmayan zəka sayəsində inşa olunduğu yer alıb. Bu fikiri müdafiə edənlərin iddiasına görə, şəhər super inkişaf etmiş sivilizasiyalara məxsusdur. Hər halda etiraf etmək lazımdır ki, 1994-cü ilə qədər bu cür kəhkəşan (qallaktika) obyekti elmə məlum olmayıb. “Habbl” tekeskopunun çəkdikləi əsasında alimlər nəticəyə gəliblər ki, bu şəhər yerində dayanmır. “Yaradanın Evi” onu əhatə edən qallaktikalarla birlikdə hərəkət edir. Yəni, bu ideyanın carçıları Yer planetinin böyük partlayışla yarandığını istisna etmirlər.
Sonrakı araşdırmalar sayəsində müəyyən olunub ki, parlaq şəhər bəşəriyyətin mərkəzidir. Sən demə, bütün qallaktikalar bu nöqtədən bölünür.
Belə çıxır ki, bizim kəhkəşan da daxil, bütün qallaktikalar həmin nöqtədən çıxıb və bəşəriyyət Tanrının yaşadığı parlaq şəhər ətrafında dövr edir. 1955-ci ilin oktyabrındfa Çikaqoda “Urantiya Kitabı” dərc olunur. Kitabda “bəşəriyyətin mərkəzi, əbədi cənnət adası” haqqında informasiya verilir.
Bu tapıntı həm də ruh aləminin real olduğunu təsdiqləyir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:19 / 19.05.2021
Cənnət və cəhənnəm - “o dünyadan” xəbər var! NASA- nın sirləri faş oldu - FOTO
Hazırda oxunan: Cənnət və cəhənnəm - “o dünyadan” xəbər var! NASA- nın sirləri faş oldu - FOTO
Hazırda oxunan: Cənnət və cəhənnəm - “o dünyadan” xəbər var! NASA- nın sirləri faş oldu - FOTO
21590
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.