Güney Azərbaycanın “Ata” aviaşirkətinin sahibi Məhəmmədrza Zunuzi Tehran-Təbriz aviareysində təyyarə bələdçisinin sərnişinləri “xoş gəldin” ifadəsi ilə qarşılamasının siyasiləşdirilməsini və bunun separatçılıq aktı olmasını iddia edənləri tənqid edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
O, aviaşirkətdə separatçılığın başlaması iddiasının mediada belə işıqlandırılmasına toxunaraq deyib: “Separatçı sizsiniz və sizin əcdadınızdır. Nə baş verib? Yalnız tapşırılıb ki, qonaqlara fars və ingilis dilləri ilə yanaşı, türk dilində də "xoş gəldiniz" deyilsin. Bunun harası separatçılıqdır, konstitusiyada qeyri-fars dillərdən istifadə hüququ yer almayıb? Tarixi oxuyun və görün nə olub. İranın ali rəhbəri, prezident türk dilində danışmır? Öz şəhərimizdə, Təbrizdə də türk dilində danışmamalıyıq? bu nə qanundur?”, - Zunuzi əlavə edib.
Qeyd edək ki, bir neçə gün öncə panfars sosial media fəalı Əmir Seyyidin “X” hesabında paylaşım edərək, “xoş gəldin” ifadəsinə etiraz edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:00 / 13.10.2024
İran aviaşirkətinin sərnişinləri azərbaycanca salamlaması qalmaqal yaratdı - VİDEO
Hazırda oxunan: İran aviaşirkətinin sərnişinləri azərbaycanca salamlaması qalmaqal yaratdı - VİDEO
Hazırda oxunan: İran aviaşirkətinin sərnişinləri azərbaycanca salamlaması qalmaqal yaratdı - VİDEO
215836
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.