Bakı Təşəbbüs Qrupundan Niderland Parlamentinə SƏRT CAVAB

Bakı Təşəbbüs Qrupundan Niderland Parlamentinə SƏRT CAVAB

Hazırda oxunan: Bakı Təşəbbüs Qrupundan Niderland Parlamentinə SƏRT CAVAB

215831

"2024-cü il oktyabrın 10-da Niderland Parlamentinin Nümayəndələr Palatası tərəfindən Azərbaycan əleyhinə birtərəfli və qərəzli 2 qətnamə qəbul edilib, Niderland xarici işlər naziri bu qətnamələrə dəstək verib".

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun Bəyanat yayıb.

Bildirilib ki, Niderland Parlamentinin yaxın tarixə və bu günümüzə aid faktları saxtalaşdıran qətnamələr qəbul etməsi artıq uzun müddətdir ki, Niderlandın cinayətlərlə dolu müstəmləkəçilik siyasətinin ifşa edilməsi ilə məşğul olan Bakı Təşəbbüs Qrupunda təəccüb doğurmur:

"Öz müstəmləkəçilik siyasətini Bonaire, Saint Maarten, Aruba, Curacao, Saint Eustatius və Saba-da davam etdirən Niderland bu ərazilərdə məqsədyönlü assimilyasiyaya siyasəti aparır, yerli əhalini adalardan qovaraq, onları Niderlandlılarla əvəz edir, yerli əhalinin nümayəndələrinə ikincidərəcəli "vətəndaşlar" kimi rəftar edir, müstəqillik tərəfdarlarını təqib edir və həbs edir, yerli xalqlara öz ana dillərində təhsil almağa və danışmağa qadağan edir, yerli xalqların öz mədəniyyətini qoruyub-saxlamasına lazımi şərait yaratmır və digər çoxsaylı cinayətlər törədir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Bakı Təşəbbüs Qrupu Niderland Parlamentini Niderlandın Bonaire, Saint Maarten, Aruba, Curacao, Saint Eustatius və Saba adalarında törətdiyi cinayətlərə son qoymağa dair Niderland Hökumətinə çağırış etməyi dəvət edirik.

Bu xüsusda, törədilmiş və bu gündə davam edən cinayətlərin müəlliflərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq Araşdırma Komissiyasının yaradılmasına çağırış edirik.

Bundan əlavə, Avropa İttifaqı ölkələrini BMT-nin İnsan Hüquqları Şurası tərəfindən adıçəkilən adalarda baş verən cinayət hallarını birbaşa nəzarət altına götürəcək müvafiq orqanın yaradılması və həmin orqan tərəfindən qeyd alınan halların BMT-nin digər qurumlarına göndərilməsinə dəstəyin göstərilməsinə çağırış edirik.

Beynəlxalq səviyyədə kolonial cinayətlərə qarşı edilən təşəbbüslərə, bu xüsusda, Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə dəstək verməyə dəvət edirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO