İran hökuməti İsrailin mümkün cavab hücumu ərəfəsində Yaxın Şərq ölkələri ilə əlaqələri gücləndirmək üçün fəal diplomatik addımlar atıb.
Bizim.Media xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Jurnalistlərin fikrincə, Tehran oktyabrın əvvəlində Vaşinqtonun İsraili hücuma cavab verməməyə inandırmaq qabiliyyətinə inamını itirməyə başlayıb. Söhbət İsrail hərbçilərinin İrandakı nüvə və neft obyektlərinə mümkün hücumlarından gedir.
Eyni zamanda, mənbələr son vaxtlar Livanın Hizbullah hərəkatının mütəmadi olaraq İsrail ordusu tərəfindən hücuma məruz qaldığını qeyd edib.
“İran hökuməti son dərəcə əsəbidir və Yaxın Şərq ölkələri ilə İsrailin cavabının miqyasını azalda biləcəklərini qiymətləndirmək üçün təcili diplomatik səylər göstərir”, - məlumatda deyilir.
Bizim.Media