Azərbaycanlı diplomatın 90 minlik saatını oğurlayan şəxs SAXLANILDI

Azərbaycanlı diplomatın 90 minlik saatını oğurlayan şəxs SAXLANILDI

Hazırda oxunan: Azərbaycanlı diplomatın 90 minlik saatını oğurlayan şəxs SAXLANILDI

215699

Azərbaycanın NATO-dakı səfiri Cəfər Hüseynzadə və onun həyat yoldaşına hücum edən cinayətkarlardan biri saxlanılıb. 

Bizim.Media “haqqın.az”a istinadən xəbər verir ki, saxlanılan şəxsin kimliyi hələlik açıqlanmayıb.
 

MÖVZU İLƏ  BAĞLI:

Azərbaycanlı diplomat və xanımının Brüsseldə 90 minlik saatı OĞURLANDI 


“Mən təsdiq edə bilərəm ki, Azərbaycan səfirini soymaqda ittiham olunan bir nəfər həbsdədir. Hazırda daha çox təfərrüat açıqlaya bilmərik”, – Brüssel prokurorluğunun sözçüsü Amauri Verhustraten deyib.

Xatırladaq ki, sözügedən hadisə avqustun 5-də baş verib. Diplomat və həyat yoldaşı səhər saatlarında evlərini tərk edərək Brüsseldə Luiza prospekti ilə gəzərkən skuterdə iki cinayətkarın hücumuna məruz qalıblar. Soyğunçulardan biri tapança ilə cütlüyün başına zərbələr endirib, bundan sonra o, 90 min avro dəyərində olan Rolex saatını oğurlayaraq qaçıb.

Hücum nəticəsində səfirin həyat yoldaşı ağır xəsarətlər alıb və çoxlu qan itirib. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
 

Bu işdə şübhəli bilinən azyaşlı əvvəllər saxlanılıb. Lakin istintaq müəyyən edib ki, cinayətkarlardan biri günahı onun üzərinə atmağa cəhd edib. Azyaşlı 12 gündən sonra sərbəst buraxılıb. İkinci cinayətkar hələ də saxlanılmayıb.


Səfir hadisədən sonra açıqlamasında oğurlanmış saatın qiymətinin xeyli şişirdildiyini və 90 min avro təşkil etmədiyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO