ABŞ prezidenti Co Bayden Milli Təhlükəsizlik Şurasına İran hakimiyyətini keçmiş prezident Donald Trampa və keçmiş Amerika rəsmilərinə qarşı sui-qəsdlərə qarşı xəbərdar etməyi tapşırıb.
Bizim.Media “Politico”ya istinadən xəbər verir ki, Bayden Vaşinqtonun istənilən sui-qəsdi müharibə aktı hesab edəcəyini bildirib.
Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Saveti də İrana xəbərdarlıq edib:
“Biz bunu ən yüksək prioritet olan milli və daxili təhlükəsizlik məsələsi hesab edirik və İranı bu təhdidlərə görə şiddətlə qınayırıq. Əgər İran vətəndaşlarımızdan hər hansı birinə, o cümlədən ABŞ-a xidmət etməyə davam edən və ya əvvəllər xidmət etmiş şəxslərə hücum edərsə, ciddi nəticələrlə üzləşəcək”.
Qeyd edək ki, sözügedən təhdidlər ABŞ-ın 2020-ci ilin əvvəlində iranlı general Qasım Süleymanini öldürülməsi ilə bağlıdır. Bu hadisə Trampın hakimiyyəti dönəmində baş vermişdi. Amerika mətbuatının yazdığına görə, keçmiş prezident İrandan gələn təhdidlər barədə məlumatlandırılıb, lakin suiq-qəsd cəhdlərinin Tehranla bağlılığına dair heç bir sübut yoxdur.
Bizim.Media