Ərəb ölkələri çox güman ki, İrana mümkün hücum üçün İsrailə öz hava məkanından istifadə etməyə icazə verməyəcək.
Bizim.Media “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan diplomat NBC telekanalına məlumat verib.
O, hər hansı ərəb ölkəsinin israillilərə İrana zərbələr endirmək üçün öz hava məkanından istifadə etməsinə icazə verməsini şübhəli hesab edir.
Regiondakı dövlətlərdən birinin digər diplomatı isə qeyd edib ki, İran yerli ölkələrə bununla bağlı xəbərdarlıq edib.
“Əgər onlar İsrailə hər hansı yardım etsələr, bu, müharibəyə səbəb ola bilər. Körfəz Əməkdaşlıq Şurası çarpaz atəşə tutulmaqda maraqlı deyil. Diqqətimiz vəziyyəti gərginləşdirməməyə yönəlib”.
Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Araqçi bundan əvvəl Qətərə və Səudiyyə Ərəbistanına səfər edib. O, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə danışıqlar aparıb.
Bizim.Media