Rusiya Yaponiyanın yaxın aylarda Rusiya sərhədləri yaxınlığında ABŞ-la birgə hərbi təlimlər keçirmək planlarına görə Yaponiya səfirliyinə etiraz edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
“Oktyabrın 11-də Yaponiyanın Rusiyadakı səfirliyinə Tokionun oktyabrın sonu - noyabrın əvvəllərində Yaponiya ərazisində, o cümlədən Hokkaydo adalarının və Rusiya Federasiyasının sərhədlərinin yaxınlığında yerləşən ərazilərdə ABŞ-la birgə hərbi təlimlər keçirməyi planlaşdırması ilə bağlı sərt etiraz edilib.
Yaponiya səfirliyinə Rusiya Federasiyasının müdafiə qabiliyyətini gücləndirmək və suverenliyini qorumaq üçün qaçılmaz adekvat cavab tədbirləri, habelə Yaponiya tərəfinin bizim müvafiq hərəkətlərimizlə bağlı “narahatlıqlarını” ifadə etmək cəhdlərinin yersiz olması barədə xəbərdarlıq edilib”, - Rusiya diplomatik departamentində qeyd ediblər.
XİN-dən qeyd edilib ki, “Yaponiya tərəfinə miqyası ildən-ilə genişlənən, o cümlədən qeyri-regional NATO-ya üzv dövlətlərin manevrlərə cəlb edilməsi yolu ilə belə bir təcrübənin qəti şəkildə qəbuledilməz olduğu çatdırılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:59 / 11.10.2024
Rusiya ABŞ-a görə Yaponiyaya ETİRAZ ETDİ
Hazırda oxunan: Rusiya ABŞ-a görə Yaponiyaya ETİRAZ ETDİ
Hazırda oxunan: Rusiya ABŞ-a görə Yaponiyaya ETİRAZ ETDİ
215640
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.