Ukrayna Rusiyanın Kurskdakı əks-hücumunu DAYANDIRDI

Ukrayna Rusiyanın Kurskdakı əks-hücumunu DAYANDIRDI

Hazırda oxunan: Ukrayna Rusiyanın Kurskdakı əks-hücumunu DAYANDIRDI

215605

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Novoivanovka və Lyubimovka bölgələrində Rusiyanın əks-hücumunu dayandıra bilib. 

Bizim.Media xəbər verir ki, bu fikirləri ukraynalı hərbi müşahidəçi Denis Popoviç “Kanal 24”ə açıqlamasında bildirib.
 

“Ruslar əks hücuma keçdi. Onlar Lyubimovkadan keçərək Novoivanovskoye qədər irəlilədilər. Kifayət qədər nəzərə çarpan mexanikləşdirilmiş hücum oldu. Əgər daha da irəliləsələr, qoşunlarımızın bir hissəsi ilə əlaqəmizi kəsə bilərdilər. Biz bu təhlükəni görürdük. Amma bu gün səhər onların qarşısını ala bildik. Hətta deyirlər ki, ruslar geri çəkilməyə başlayıb”, - deyə hərbi müşahidəçi qeyd edib.


Popoviç xatırladıb ki, bir ay əvvəl Rusiyanın Kursk vilayətində də əks-hücum əməliyyatı olub və sonra onlar Ukrayna Silahlı Qüvvələrini müəyyən ərazilərdən çıxara biliblər.

“Snaqost qəsəbəsi itirildi. Snaqost hazırda Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında deyil”, - deyə o açıqlayıb.

Popoviç qeyd edib ki, ruslar Kursk vilayətinə müəyyən sayda çağırışçılarla yanaşı, təcrübəli qoşunlar da gətiriblər.

O, Rusiya ərazisində strateji sursat anbarlarının vurulmasını da şərh edib. Popoviçin sözlərinə görə, ruslar bu hücumlardan sonra Xarkov və Kurskda sursat çatışmazlığı yaşayacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO