İlon Mask yeni elektromobili TƏQDİM ETDİ: Sükanı və pedalları yoxdur – FOTO/VİDEO

İlon Mask yeni elektromobili TƏQDİM ETDİ: Sükanı və pedalları yoxdur – FOTO/VİDEO

Hazırda oxunan: İlon Mask yeni elektromobili TƏQDİM ETDİ: Sükanı və pedalları yoxdur – FOTO/VİDEO

215553

Amerikalı milyarder İlon Mask “Tesla”nın avtonom rejimdə çalışan robot taksi elektromobilini (Cybercab - Qeyd) təqdim edib. 

Bizim.Media xəbər verir ki, təqdimat Kaliforniyada baş tutub. 

Maskın sözlərinə görə, hazırda ən azı 50 tam avtonom rejimdə çalışan elektrik avtomobili mövcuddur. 
 

Qeyd olunub ki, nəqliyyat vasitəsində sürücü üçün idarəetmə mexanizmləri nəzərdə tutulmayıb. Yəni robot taksi məqsədyönlü şəkildə qurulmuş avtonom avtomobildir, sükan və pedallar yoxdur. 


İlon Mask bildirib ki, bir robot taksinin qiyməti 30 min dollar olacaq. Eyni zamanda, xidmətdən istifadə edənlər səyahət üçün hər milə (1.6 km – Qeyd) təxminən 30-40 sent ödəyəcəklər. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO