Mühacirlərin ən çox razı qaldığı 10 ölkə - SİYAHI

Mühacirlərin ən çox razı qaldığı 10 ölkə - SİYAHI

Hazırda oxunan: Mühacirlərin ən çox razı qaldığı 10 ölkə - SİYAHI

21554

Qlobal miqyasda bir çox insan, eləcə də həmvətənlərimiz qazanc və daha yaxşı həyat arxasınca xarici ölkələrə tez-tez üz tuturlar. Qərbi Avropa, ABŞ və Kanada, Çin və Şərqi Asiya, həmçinin Körfəz ölkələrinə əmək miqrasiyasının səviyyəsi daha yüksəkdir. Lakin bu ölkələrdə çalışan əcnəbilər heç də hər zaman arzuladıqları ideal həyatı tapa bilmir. Əmək haqqı yüksək olsa da, mühacirlər gah həmin ölkələrin qəribə qaydalarından, gah vergi və digər məcburi ödənişlərin çoxluğundan, gah da kriminal vəziyyətin təhlükəli həddə olmasından gileylənir.
Amma mühacirlərin özlərini tam rahat hiss etdikləri, qazanc və həyat şəraitindən olduqca razı qaldıqları ölkələr də var.

Bizim.Media dünyanın ən iri mühacir (ekspat) şəbəkəsi olan InterNations-un “Expat Insıder 2021” sorğusuna əsasən, gəlmə işçilərin ən çox məmnun olduğu 10 ölkənin siyahısını təqdim edir:

Qiymətləndirmə dörd əsas meyara görə aparılıb: həyat keyfiyyəti, asan adaptasiya olma, şəxsi maliyyə/qazanc və xaricdə işləmək. Nəticələr maraqlı və təəccüblüdür.

İlk onluq:

Tayvan

işdən razılıq - 75%; iş-həyat balansından məmnuniyyət - 74%, xoşbəxt həyat -  80%

Meksika

işdən razılıq - 80%; iş-həyat balansından məmnuniyyət - 72%, xoşbəxt həyat -  89%

Kosta Rika

işdən razılıq - 70%; iş-həyat balansından məmnuniyyət - 69%, xoşbəxt həyat -  88%

Malayziya

işdən razılıq - 69%; iş-həyat balansından məmnuniyyət - 72%, xoşbəxt həyat -  85%

Portuqaliya

işdən razılıq - 62%; iş-həyat balansından məmnuniyyət - 70%, xoşbəxt həyat -  84%

Yeni Zelandiya

işdən razılıq - 78%; iş-həyat balansından məmnuniyyət - 83%, xoşbəxt həyat -  77%

Avstraliya

işdən razılıq - 73%; iş-həyat balansından məmnuniyyət - 76%, xoşbəxt həyat -  80%

Ekvador

işdən razılıq - 72%; iş-həyat balansından məmnuniyyət - 79%, xoşbəxt həyat -  88%

Kanada

işdən razılıq - 69%; iş-həyat balansından məmnuniyyət - 72%, xoşbəxt həyat -  76%

Vyetnam

işdən razılıq - 86%; iş-həyat balansından məmnuniyyət - 78%, xoşbəxt həyat -  85%

Koronavirus pandemiyası müxtəlif ölkələrdə yaşayan və işləyən mühacirlərin həyatına özünəməxsus təsir göstərib. Rəyi soruşulan hər 3 nəfərdən 1-i pandemiya nəticəsində xaricə köçmək planlarının ləngidiyini, hər 5 şəxsdən biri isə ötən il karantin tərbirlərinə görə evə-öz vətənlərinə qayıda bilmədiyini söyləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO