Hindistanlı milyarder Ratan Tata vəfat etdi

Hindistanlı milyarder Ratan Tata vəfat etdi

Hazırda oxunan: Hindistanlı milyarder Ratan Tata vəfat etdi

215464

Hindistanın “Tata Group” korporasiyasının direktorlar şurasının keçmiş sədri, milyarder Ratan Tata 86 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya şirkətin saytında yayılıb.

Xatırladaq ki, Ratan Tata 28 dekabr 1937-ci ildə anadan olub. Hindistanın nüfuzlu Tata ailəsindən idi. O, 1990-2012-ci illərdə Tata Qrupuna sədrlik edib və 2016-cı ilin oktyabrından 2017-ci ilin fevralına kimi şirkətin müvəqqəti sədri olub.

Tata Group 1868-ci ildə yaradılıb və Hindistanın ən böyük şirkətlərindən biridir. Bura informasiya texnologiyaları, energetika, maşınqayırma, material və kimya istehsalı sahələri daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO