ŞOK: Pentaqonun gizli ordusu üzə çıxdı

ŞOK: Pentaqonun gizli ordusu üzə çıxdı

Hazırda oxunan: ŞOK: Pentaqonun gizli ordusu üzə çıxdı

21537

Pentaqonun gizli ordusu var. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ mediasında məlumatlar yer alıb.

Mənbə bildirir ki, ABŞ Müdadiə Nazirliyinin 60 min nəfərlik gizli ordusu dünyanın müxtəlif ölkələrində hərbi və mülki geyimlərdə fəaliyyət göstərir.   

Hətta Pentaqonun qurduğu gizli orduda əsgər sayının, real orduda olanların sayından 10 qat artıq olduğu bildirilir. 

Məlumata görə, Pentaqonun bu proqramında iştirak edən təxminən 130 özəl şirkət hər il ən azı 900 milyon dollar vəsait xərcləyir. Bu şirkətlər saxta adlarla çalışan insanlar üçün saxta sənədlər hazırlayır, Orta Şərq və Afrikanın ən ucqar yerlərində belə dinləmə və nəzarət üçün xüsusi cihazlar və avadanlıqlar istehsal edirlər.

Gizli ordu heyətinin yarısından çoxunun fəaliyyətinin müharibə bölgələrində və düşmən ölkələrdə “terrorçu təqibi” olduğu qeyd olunur. Bununla belə araşdırma müəlifi olan jurnalistlər Vaşinqtonun bu gizli orduya yalnız terrorla mübarizə aparmaq üçün deyil, həm də Rusiya və Çin ilə hibrit müharibələrində rəqabət imkanlarını artırmaq üçün ehtiyac duyduqlarını bildirirlər.

Ordunun böyük qruplarından biri də müxtəlif sosial şəbəkələrdə məlumat toplayan kiber döyüşçülərdən ibarətdir. Onlar sosial mediaya təsir kampaniyalarında da iştirak edirlər.

“Newsweek”in gizli ordunun istefada olan zabitlərdən biri ilə söhbət əsasında məlumatında qeyd edilir ki, proqramın həqiqi miqyası, hətta orda fəaliyyət göstərənlərə də məlum deyil. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO