Zelenski: “Ukrayna münaqişəsi gələn il başa çata bilər”

Zelenski: “Ukrayna münaqişəsi gələn il başa çata bilər”

Hazırda oxunan: Zelenski: “Ukrayna münaqişəsi gələn il başa çata bilər”

215364

“Ukrayna münaqişənin 2025-ci ildən gec olmayaraq başa çatmasına ümid bəsləyir”.

Bizim.Media Ukrayna Prezidentinin ofisinin saytına istinadla xəbər verir ki, bunu Prezident Volodimir Zelenski Xorvatiyada keçirilən Ukrayna-Cənub-Şərqi Avropa sammitində deyib.
 

“Oktyabr, noyabr və dekabr aylarında vəziyyəti sülhə və davamlı sabitliyə doğru irəlilətmək üçün real şansımız var. Döyüş meydanındakı vəziyyət bu seçimi 2025-ci ildən gec olmayaraq başa çatdırmağa imkan yaradır”, - deyə o bildirib.


Zelenski qeyd edib ki, Ukrayna noyabra qədər nizamlanma ilə bağlı yeni konfransda təqdim olunması gözlənilən sənəd hazırlayacaq. Lakin o, konfransın nə vaxt keçiriləcəyini açıqlamayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO