Avropa Parlamenti Gürcüstandan Saakaşvilinin azadlığa buraxılmasını TƏLƏB ETDİ

Avropa Parlamenti Gürcüstandan Saakaşvilinin azadlığa buraxılmasını TƏLƏB ETDİ

Hazırda oxunan: Avropa Parlamenti Gürcüstandan Saakaşvilinin azadlığa buraxılmasını TƏLƏB ETDİ

215322

Avropa Parlamenti Gürcüstanla bağlı qətnaməni dəstəkləyib. Avropa Parlamentinin 495 üzvü qətnamənin lehinə, 73-ü əleyhinə səs verib, 86-sı bitərəf qalıb.

Bizim.Media xəbər verir ki, qətnaməyə əsasən, Avropa Parlamenti Gürcüstanda demokratiyanın azalmasından dərin təəssüf hissi keçirir və Avropa İttifaqını Bidzina İvanişviliyə və Gürcüstanda demokratiyaya xələl gətirən bütün şəxslərə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağırır.

Qətnamənin mətnində Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin azadlığa buraxılması və viza rejiminin liberallaşdırılması məsələsindən də bəhs edilir. Avropa Parlamenti, həmçinin Gürcüstan hökumətini Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO