"İlin sonunadək biz Qarabağda yerləşən poçt şöbələrimizin açılışını təmin edəcəyik. Tezliklə Xankəndidə və Şuşada yaşayan vətəndaşlarımıza universal poçt xidmətləri, eləcə də digər xidmətlərimiz təqdim olunacaq".
Bizim.Media xəbər verir ki, bunu “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev Azərtac-a müsahibəsində deyib.
"Yenilənmə mərhələsinin nə zaman bitəcəyi ilə bağlı suala birmənalı cavab vermək düzgün olmaz, çünki bu, davamlı prosesdir. Biz dünyada gedən inkişafı, texnoloji dəyişiklikləri, süni intellektin imkanlarını müşahidə edəndə görürük ki, yenilənmələr artıq konkret müddətə hədəflənmiş deyil, davamlı şəkildə olur", deyə o, qeyd edib.
Xatırladaq ki, bu gün Azərbaycanda poçt rabitəsinin yaranmasından 206 il ötür.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:36 / 09.10.2024
Xankəndi və Şuşada yaşayan vətəndaşlara bu il universal poçt xidmətləri təqdim olunacaq - RƏSMİ
Hazırda oxunan: Xankəndi və Şuşada yaşayan vətəndaşlara bu il universal poçt xidmətləri təqdim olunacaq - RƏSMİ
Hazırda oxunan: Xankəndi və Şuşada yaşayan vətəndaşlara bu il universal poçt xidmətləri təqdim olunacaq - RƏSMİ
215276
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.