ABŞ administrasiyası yəhudi dövlətinin İranla, eləcə də Livanın "Hizbullah" hərəkatı ilə münasibətlərinin kəskinləşməsi səbəbindən İsrail rəhbərliyinə inamını itirir.
Bizim.Media xəbər verir ki, bu barədə Axios portalı Amerikanın 4 rəsmisinə istinadən məlumat yayıb.
Mənbələrdən biri belə deyib:
“Bizim israillilərə inamımız indi çox aşağı səviyyədədir. Belə ki, son vaxtlar İsrail ABŞ-la koordinasiya olmadan bir neçə dəfə hərbi və kəşfiyyat əməliyyatları həyata keçirib. Məsələn, İsrail Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və "Hizbullah"ın lideri Həsən Nəsrullahın sıradan çıxarılması qərarı barədə ABŞ-a məlumat verməyib. Yəhudi dövləti Amerika tərəfini yalnız İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr havaya qalxanda xəbərdar edir".
Axios yazır ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivan İsrailin strateji planlaşdırma naziri Ron Dermer ilə söhbətində Vaşinqtonun yəhudi dövlətinin İrandan qisas almaq planları ilə bağlı İsraildən “şəffaflıq” gözlədiyini vurğulayıb.
Portalın mənbələrinə görə, Sallivan Dermerə aydın şəkildə bildirib ki, ABŞ yəhudi dövlətinin planlarından xəbəri olmasa, İrandan gələcək potensial hücumları dəf etmək üçün İsrailə kömək edə bilməyəcək.
Mənbələr vurğulayırlar ki, ABŞ administrasiyası İsrailin İrana qarşı cavab tədbirləri görməsinə etiraz etmir.
İsrailin müdafiə naziri Yoav Qalant öz növbəsində amerikalı həmkarı Lloyd Ostinə bildirib ki, İsrail İrana hücumla bağlı hələ yekun qərar verməyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:00 / 08.10.2024
ABŞ-ın 4 rəsmisi Vaşinqtonun İsraillə bağlı SİRLƏRİNİ AÇDI
Hazırda oxunan: ABŞ-ın 4 rəsmisi Vaşinqtonun İsraillə bağlı SİRLƏRİNİ AÇDI
Hazırda oxunan: ABŞ-ın 4 rəsmisi Vaşinqtonun İsraillə bağlı SİRLƏRİNİ AÇDI
215168
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.