Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinə ad günü hədiyyəsi göndərib.
Bizim.Media "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.
Uşakov hədiyyənin tam olaraq nə olduğunu açıqlamasa da, bunun “gözəl türk hədiyyəsi” olduğunu qeyd edib.
“Türkiyə prezidenti dünənki telefon söhbətindən əvvəl xüsusi olaraq hədiyyə göndərib”, - deyə prezidentin köməkçisi bildirib.
O, hədiyyənin qiyməti ilə bağlı sualı da cavablandırıb. Onun sözlərinə görə, onun qiyməti üç min rubldan bir az bahadır.
Xatırladaq ki, dünən oktyabrın 7-də Vladimir Putinin 72 yaşı tamam olub.
Bizim.Media