Nepalda 5 rusiyalı alpinist həlak oldu

Nepalda 5 rusiyalı alpinist həlak oldu

Hazırda oxunan: Nepalda 5 rusiyalı alpinist həlak oldu

215093

Beş rusiyalı alpinist Nepaldakı Caulagiri dağına qalxarkən həlak olub. Onların cəsədləri xilasedici helikopter tərəfindən aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Himalayan Times” qəzeti məlumat yayıb.

“Nepalda beş rusiyalı alpinistdən ibarət qrupun üzvləri həlak olub. Onların cəsədləri havadan müşahidə zamanı aşkarlanıb. Cəsədlər 7,1 min metr yüksəklikdə tapılıb”, – deyə qəzet yazıb.
 

Rusiya alpinistlər cəmiyyətinin nümayəndəsi Anna Piunovanın sözlərinə görə, komanda üzvlərindən biri özünü pis hiss etdiyi üçün yürüşdən əvvəl aşağıda yerləşən düşərgəyə qayıdıb. Həmin alpinist düşərgədən çıxarılaraq xəstəxanaya aparılıb, qalanları isə ölü tapılıb.


Alpinistlər oktyabrın 6-da itkin düşüblər. Onların 7,6 min metr hündürlükdən yıxıldığı güman edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO