Ərdoğan Putinə zəng etdi

Ərdoğan Putinə zəng etdi

Hazırda oxunan: Ərdoğan Putinə zəng etdi

215086

Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb. 
 

Tərəflər söhbət zamanı Rusiya və Türkiyə arasında əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını qeyd ediblər. Putinlə Ərdoğan, həmçinin Yaxın Şərqdə vəziyyətin gərginləşməsi daxil olmaqla, beynəlxalq və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 


“Kazanda baş tutacaq BRICS sammiti çərçivəsində Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüşün keçirilməsi barədə razılıq təsdiq olunub”, - deyə Kremlin məlumatında bildirilib. 

Ərdoğan eyni zamanda rusiyalı həmkarını ad günü münasibətilə təbrik edib.

Xatırladaq ki, oktyabrın 7-də Putinin 72 yaşı tamam olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO