Ərdoğan: “Qəzza soyqırımına görə cəza verilmədikcə dünyada sülh olmayacaq” - VİDEO

Ərdoğan: “Qəzza soyqırımına görə cəza verilmədikcə dünyada sülh olmayacaq” - VİDEO

Hazırda oxunan: Ərdoğan: “Qəzza soyqırımına görə cəza verilmədikcə dünyada sülh olmayacaq” - VİDEO

215021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzaya hücumlarının birinci ildönümü münasibətilə sosial media hesabında paylaşım edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı videoçarx paylaşıb.

“Bu gün 7 oktyabr... Düz 365 gün əvvəl əksəriyyəti uşaq və qadın olan 50 min qardaşımız vəhşicəsinə qətlə yetirildi. Qəzzada xəstəxanalar, müxtəlif dini ibadət yerləri, məktəblər artıq mövcud deyil. Bir çox jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, sülh səfirləri həlak oldu.

Düz 1 ildir dünyanın gözü qarşısında qətlə yetirilənlər əslində bütün bəşəriyyətin, bütün bəşəriyyətin gələcəyə olan ümidləridir.

Qəzza soyqırımına səbəb olanlar məsuliyyətə cəlb olunmayacağı təqdirdə, dünyada sülh olmayacaq.

Türkiyə olaraq nəyin bahasına olursa olsun İsrail hökumətinə qarşı durmağa və dünyanı bu şərəfli mövqeyə çağırmağa davam edəcəyik”, - deyə Türkiyə lideri qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO