Böyük Britaniyanın Baş naziri Kir Starmer son həftələr Leyboristlər hökumətini sarsıdan çoxsaylı qalmaqallar fonunda aparat rəhbəri Syu Qreyi istefaya göndərib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hökumətin Ofisi məlumat yayıb.
Qreyi Starmerin hazırkı baş müşaviri Morqan Maksvinni əvəz edəcək. Keçmiş aparat rəhbəri isə Baş nazirin regionlarla əlaqə üzrə nümayəndəsi postunu tutacaq.
Britaniya mətbuatının yazdığına görə, Qrey Leyboristlərin seçkilərdə böyük qələbə çalmasından sonra həmkarları ilə məhsuldar əlaqələr qura bilməyib.
"The Guardian" qəzetinin yazdığına görə, Qreyi hökumətin kursunun formalaşmasında həddən artıq çox səlahiyyətlər götürməkdə, həmçinin Starmerin reytinqlərinin kəskin azalmasında günahlandırırlar.
Qeyd edilir ki, üç ay əvvəl hakimiyyətə gələn yeni Baş nazirin populyarlığı büdcədə “qara dəlik” yarandığı üçün əksər pensiyaçılar üçün yanacaq ödənişlərini ləğv etmək qərarı fonunda sürətlə aşağı düşüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
01:38 / 07.10.2024
Britaniyada qalmaqallı aparat rəhbəri İŞDƏN ÇIXARILDI
Hazırda oxunan: Britaniyada qalmaqallı aparat rəhbəri İŞDƏN ÇIXARILDI
Hazırda oxunan: Britaniyada qalmaqallı aparat rəhbəri İŞDƏN ÇIXARILDI
214848
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.