Xamenei İsrailə zərbə endirən generalı mükafatlandırdı - FOTO

Xamenei İsrailə zərbə endirən generalı mükafatlandırdı - FOTO

Hazırda oxunan: Xamenei İsrailə zərbə endirən generalı mükafatlandırdı - FOTO

214823

İranın ali lideri Əli Xamenei bu həftə İsrailə qarşı raket hücumuna komandanlıq edən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hava və raket qüvvələrinin komandanı general Əmir Əli Hacızadəni "Qələbə medalı" ilə təltif edib.

Bizim.Media bu barədə SEPAH-ın "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, bu medalın verilməsi "Doğru vəd" əməliyyatının uğurlu nəticələri ilə bağlıdır.

Bildirilir ki, medalın üzərində üç xurma yarpağı, Xürrəmşəhr Məscidinin günbəzi və İran İslam Respublikasının bayrağı əks olunub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO