Ukrayna səfiri Azərbaycana minnətdarlıq etdi

Ukrayna səfiri Azərbaycana minnətdarlıq etdi

Hazırda oxunan: Ukrayna səfiri Azərbaycana minnətdarlıq etdi

214812

Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev ukraynalı uşaqların terapiyadan keçdiyi Qəbələ Uşaq Reabilitasiya Mərkəzini ziyarət edib.

Bizim.Media xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.

“Müdafiəçilərimizin ailələrindən olan 30 uşağın terapiyadan keçdiyi Qəbələ [Uşaq] Reabilitasiya Mərkəzinə baş çəkməkdən şərəf duyuruq. Azərbaycanlı tərəfdaşlarımıza göstərdikləri davamlı dəstəyə görə minnətdarıq. Növbəti qrupu səbirsizliklə gözləyirik!”, – o qeyd edib.

Xatırladaq ki, oktyabrın 1-də daha 30 ukraynalı uşağın reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirildiyi barədə məlumat yayılmışdı. Qeyd edək ki, bundan əvvəlki 5 qrupla birlikdə ümumilikdə 180-dən çox ukraynalı uşaq Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO