Peycerləri “Hizbullah”a satmağı təklif edən casus qadın olub

Peycerləri “Hizbullah”a satmağı təklif edən casus qadın olub

Hazırda oxunan: Peycerləri “Hizbullah”a satmağı təklif edən casus qadın olub

214793

Livanda partlayan peycerlər “Mossad” tərəfindən layihələndirilib və İsraildə yığılıb. Bildirilib ki, cihaz suya davamlı dizayna və aylarla enerji yığmadan işləyə bilən böyük batareyaya malik olub.

Bizim.Media xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.

Nəşr vurğulayıb ki, Hizbullah bu cihazdan çox təsirlənib və onlardan 5 minini alıb. Hərəkatın rəsmilərindən heç biri cihazın yenilikçi bir bomba daşıdığından şübhələnməyib.

“9 il boyunca israillilər “Hizbullah”ı dinləməklə kifayətləniblər. Eyni zamanda gələcək böhranda simsiz cihazları bombaya çevirmək variantını özündə saxlayıblar. Sonra yeni bir məhsul gəlib. Bu, yüksək partlayıcı ilə təchiz olunmuş kiçik peycerlər olub.. Peycerləri “Hizbullah”a satmağı təklif edən isə qadın casus idi…”, - deyə nəşr qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO