"Hizbullah"ın yeni rəhbəri vəzifəsinə əsas namizəd Haşim Səfiyəddin İsrailin raket zərbəsi nəticəsində öldürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al Arabiya" telekanalı məlumat yayıb.
Bildirilir ki, o, Beyruta endirilən raket zərbəsində həlak olub.
Qeyd edilir ki, onunla birlikdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun bir neçə zabiti də öldürülüb.
Xatırladaq ki, ötən gün İsrail Beyrutun cənubuna hücumu zamanı Hizbullahın ehtimal olunan yeni liderinin yerləşdiyi bunkeri hədəf almışdı. İsrail rəsmiləri hücum zamanı Hizbullahın yüksək rütbəli liderlərinin yeraltı bunkerdə görüşdüklərini güman etdiklərini bildirmişdilər.
Məlumat üçün bildirək ki, “Hizbullah” hərəkatının mətbuat xidməti təşkilatın baş katibi Həsən Nəsrullah sentyabrın 27-də Beyrutda İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində öldürülüb. Aviasiya zərbəsi “Hizbullah” rəhbərliyinin müşavirəsi zamanı endirilib. Təşkilatın bunkerlərini dağıtmaq üçün güclü bombalardan istifadə edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:50 / 05.10.2024
"Hizbullah"ın yeni rəhbəri İsrailin raket zərbəsi nəticəsində öldürülüb
Hazırda oxunan: "Hizbullah"ın yeni rəhbəri İsrailin raket zərbəsi nəticəsində öldürülüb
Hazırda oxunan: "Hizbullah"ın yeni rəhbəri İsrailin raket zərbəsi nəticəsində öldürülüb
214686
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.