Daha təhlükəli virus XƏBƏRDARLIĞI - Honq-Konqda 91 nəfər bu infeksiyaya yoluxub

Daha təhlükəli virus XƏBƏRDARLIĞI - Honq-Konqda 91 nəfər bu infeksiyaya yoluxub

Hazırda oxunan: Daha təhlükəli virus XƏBƏRDARLIĞI - Honq-Konqda 91 nəfər bu infeksiyaya yoluxub

214639

Honq-Konqda 91 yerli sakin streptokok infeksiyasına yoluxub.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyənin Mühafizəsi Mərkəzi məlumat yayıb. 

Xəstəliyə yoluxmuş vətəndaşlarda ST283 ştammı aşkar edilib.

Tədqiqat göstərib ki, xəstələrin əksəriyyəti (75 nəfər) infeksiya simptomlarının başlamasından qısa müddət əvvəl çiy şirin su balığı ilə təmasda olub.

İnfeksiya nəticəsində 4 nəfər ölüb. 40 xəstə xəstəxanadan buraxılıb. Daha 43 nəfərin vəziyyəti stabil, qalan 4 nəfərin vəziyyəti isə ağırdır.

Bundan əvvəl Rusiyanın əməkdar həkimi, Domodedovo xəstəxanasının baş həkimi Andrey Osipov Marburq virusu ilə bağlı vəziyyəti şərh etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO