Ukrayna ordusu Kursk atom elektrik stansiyasına HÜCUM EDİB?

Ukrayna ordusu Kursk atom elektrik stansiyasına HÜCUM EDİB?

Hazırda oxunan: Ukrayna ordusu Kursk atom elektrik stansiyasına HÜCUM EDİB?

214483

Ukrayna Xarici İşlər Nazirliyi bəzi Rusiya KİV-lərinin Ukrayna hərbçilərinin Kursk AES-ə zərbə endirməyə cəhd etməsi ilə bağlı iddialarına cavab verib.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi bu ittihamları rədd edib.

“Biz Ukraynanın Kursk AES-ə və ya onun yaxınlığında endirdiyi zərbələrlə bağlı Rusiya mətbuatında yayılan iddiaları qətiyyətlə rədd edirik. Ukrayna Silahlı Qüvvələri beynəlxalq humanitar hüquqa ciddi şəkildə riayət edir və mülki şəxslərə və mülki infrastruktura hücum etmir”, - o bildirib.

Xatırladaq ki, Rusiya mənbələri Ukraynanın dünən axşam saatlarında Kursk AES-ə Fransa istehsalı aviasiya bombası ilə hücum etdiyi haqqında xəbərlər yayıblar. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO