ABŞ İsraili gördü, Ukrayna YADDAN ÇIXDI – Kiyevin çətin günləri hələ QABAQDADIR...

ABŞ İsraili gördü, Ukrayna YADDAN ÇIXDI – Kiyevin çətin günləri hələ QABAQDADIR...

Hazırda oxunan: ABŞ İsraili gördü, Ukrayna YADDAN ÇIXDI – Kiyevin çətin günləri hələ QABAQDADIR...

214394

Yaxın Şərqdə vəziyyət son dərəcədə gərginləşib. İsrailin Livana hücumu fonunda Tehran da Təl-Əvivə raket zərbələrilə cavab verib. İsrail hökuməti də İranı cavab zərbəsilə hədələyir. ABŞ-da bölgədə hərbi gücünü artırır.

Proses İranla İsrail arasında birbaşa toqquşmanın baş verməsi ehtimalının ciddi olduğunu düşünməyə əsas verir. Belə vəziyyətdə, aydın məsələdir ki, ABŞ başda olmaqla Qərbin diqqəti əsasən məhz Yaxın Şərq regionuna yönələcək.

Eyni zamanda, Ukrayna cəbhəsində də müharibə davam edir. Rusiya çətinliklə də olsa müəyəyn dərəcədə irəliləyir. Qərb Ukraynaya dəstək verməkdə davam etsə də, aydın məsələdir ki, Yaxın Şərqdə başlana biləcək müharibə fonunda “köhnə dünya” əsas diqqəti məhz bu regiona yönəldəcək.

Belə olan halda isə Ukrayna məsələsi Qərb üçün müəyyən müddətə arxa plana keçə bilər.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, Yaxın Şərqdə müharibənin alovlanması ilə Qərb üçün Ukrayna savaşı müəyyən dərəcədə unudulacaq:

“Yaxın Şərqdəki müharibə təbii ki, dünya üçün çox böyük problem və təhlükələr yarada bilər. Xüsusilə də bu müharibə Ukrayna savaşı üçün daha ciddi problemlər yaradar. ABŞ Ukraynaya yardımı azaltmağa çalışır. Bu il Ukraynaya dəstək üçün nəzərdə tutulan hərbi xərclərin 6 milyard dollarını hələ ayırmayıb. Baxmayaraq ki, maliyyə ili başa çatıb.

Düzdür, Bayden Zelenski ilə son görüşdə vəd etdi ki, həmin 6 milyard dolları da verəcək. Hətta əlavə 2 milyard dollar ayıracağını da bildirib. Ancaq hələ ki, bu da söz olaraq qalır. Yaxın Şərqdə müharibə alovlansa təbii ki, Ukrayna arxa plana keçəcək”.

Ekspert deyir ki, mövcud vəziyyətdə Qərb əsas diqqəti İsrailə yönəldəcək:

“ABŞ-ın İsrailə münasibəti məlumdur. İsrail Vaşinqtonun NATO-dan kənar əsas müttəfiqidir. İsrailə qarşı kiçik təhlükə yaranan kimi ABŞ ən müasir silahlarını bölgəyə yeridir. Ukraynaya isə ikinci və üçüncü dərəcəli silahları az qala minnətlə verirlər. Belə vəziyyətdə İsraillə İran arasında müharibənin şiddətlənməsilə bütün Qərbin diqqəti məhz bura yönələcək”.

Həmsöhbətimizə görə, Yaxın Şərqdə müharibənin alovlanması ilə Ukraynaya yardımlar da kəskin şəkildə azalacaq:

“ABŞ-dan sonra Ukraynaya əsas yardım əlini uzadan Almaniya artıq yardımı azaldacağını deyir. Trampın seçiləcəyi təqdirdə isə Kiyevə yardım hətta kəsilə bilər. Belədə yaxın vaxtlarda Ukraynanı ağır günlər gözləyir. Bundan sonra da Ukraynanı sülhə məcbur etmək istiqamətində fəaliyyət daha da güclənəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO