ABŞ İrana təzminat ödəyəcək - Beynəlxalq Ədalət Məhkəməsi qərar verdi

ABŞ İrana təzminat ödəyəcək - Beynəlxalq Ədalət Məhkəməsi qərar verdi

Hazırda oxunan: ABŞ İrana təzminat ödəyəcək - Beynəlxalq Ədalət Məhkəməsi qərar verdi

214336

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi ABŞ-nin İranın aktivlərini dondurmaqla beynəlxalq hüququ pozduğuna görə təzminat ödəməsinin vacibliyi ilə bağlı qərar qəbul edib.

 

Sfera.az xəbər verir ki, iclasda müvafiq qərarı məhkəmənin sədr müavini, erməni əsilli Kiril Gevorqyan elan edib.

 

O, hökmü oxuduqdan sonra qeyd edib ki, hakimlər ABŞ-nin İranla “Dostluq, iqtisadi əlaqələr və konsulluq hüquqları” haqqında 1955-ci il müqaviləsinin bir sıra bəndlərinin üzərinə götürdüyü öhdəlikləri pozduğu qənaətinə gəliblər. Bunu nəzərə alaraq, Birləşmiş Ştatlar bu qərarın dərc edildiyi tarixdən etibarən 24 ay ərzində İrana təzminat ödəməyə borcludur”, - Gevorqyan vurğulayıb.

 

“Məsələ tərəflərin hər birinin tələbi ilə məhkəmə tərəfindən həll oluna bilər”, o əlavə edib.

 

İran Beynəlxalq Ədalət Məhkəməsinin qərarını alqışlayıb.

 

İnci

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO