Pezeşkian Qətərdə HƏMAS liderləri ilə görüşdü

Pezeşkian Qətərdə HƏMAS liderləri ilə görüşdü

Hazırda oxunan: Pezeşkian Qətərdə HƏMAS liderləri ilə görüşdü

214331

Qətərdə səfərdə olan İran Prezidenti Məsud Pezeşkian HƏMAS hərəkatının nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verib.

İran prezidenti ilə görüşdə HƏMAS-ın xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Məşəl və hərəkatın məşvərət şurasının rəhbəri İsmayıl Dərviş iştirak ediblər.

Görüş zamanı Məsud Pezeşkian bildirib ki, Qərb ölkələri İrana yalan vədlər verir və Qəzzada atəşkəs razılaşması əldə etmək üçün İranın təmkinli davranmasını istəyirlər.

İran prezidenti vurğulayıb ki, İsrailin Qəzza və Livandakı hərəkətləri İran silahlı qüvvələrinin qətiyyətli reaksiyasına səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO