Rəsmi Moskvadan İran-İsrail gərginliyi ilə bağlı AÇIQLAMA

Rəsmi Moskvadan İran-İsrail gərginliyi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Rəsmi Moskvadan İran-İsrail gərginliyi ilə bağlı AÇIQLAMA

214237

“Rusiya beynəlxalq oyunçuların Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün öz imkanlarından istifadə edəcəklərinə ümid edir”.

Bizim.Media Rusiya KİV-ə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Biz bir daha bütün tərəfləri təmkinli olmağa və hərbi-siyasi vəziyyətin daha da pisləşməsi və regionun böyük müharibənin uçurumuna yuvarlanmasının qarşısını almağa çağırırıq. Belə bir fəlakətli ssenari heç bir Yaxın Şərq ölkəsinin maraqlarına uyğun deyil. Ümid edirik ki, bütün konstruktiv beynəlxalq oyunçular bunun qarşısını almaq üçün mövcud imkanlardan istifadə edəcəklər”- deyə Zaxarova bildirib.

Rusiya XİN nümayəndəsi qeyd edib ki, Moskvanı Fələstin probleminin ədalətli həllini Yaxın Şərqdə vəziyyətin yaxşılaşmasının açarı hesab edir.

“Qəzza zolağında tezliklə atəşkəs əldə etmək naminə beynəlxalq səylərin birləşdirilməsinə, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələri ilə təsdiq edilmiş dövlət düsturu çərçivəsində Fələstin-İsrail münaqişəsinin hərtərəfli siyasi tənzimlənməsi prosesinin yenidən başlaması üçün şərait yaradılmasına təcili ehtiyac olduğunu bir daha vurğulayırıq, - deyə o qeyd edib.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO