Rusiya ordusu Odessaya aviazərbə endirdi - Türkiyə vətəndaşı xəsarət aldı

Rusiya ordusu Odessaya aviazərbə endirdi - Türkiyə vətəndaşı xəsarət aldı

Hazırda oxunan: Rusiya ordusu Odessaya aviazərbə endirdi - Türkiyə vətəndaşı xəsarət aldı

214179

Rusiya hərbçiləri Odessa vilayətində nəzarət-buraxılış məntəqələrinə və liman infrastrukturuna hava hücumu edib. Biri əcnəbi olmaqla iki sürücü yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Odessa Vilayət Administrasiyasının rəhbəri Oleq Kiper özünün “Teleqram” səhifəsində yazıb.

“Sübh çağında düşmən pilotsuz uçuş aparatları ilə İzmail bölgəsinə hücum edib. Qarşı tərəfin hədəfi liman və sərhəd infrastrukturu olub. İki nəfər yaralanıb, onlardan biri Türkiyə vətəndaşıdır, vəziyyətləri orta ağırdır”, - deyə Kiper bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO