“Washington Post”: Bayden Kiyevə Rusiyanı uzaqmənzilli silahlarla vurmağa icazə verə bilər

“Washington Post”: Bayden Kiyevə Rusiyanı uzaqmənzilli silahlarla vurmağa icazə verə bilər

Hazırda oxunan: “Washington Post”: Bayden Kiyevə Rusiyanı uzaqmənzilli silahlarla vurmağa icazə verə bilər

214044

ABŞ-da demokratlar qalib gələrsə, Ukrayna prezident seçkilərindən sonra bu ölkədən Rusiyaya qarşı uzaqmənzilli silahlarından istifadə üçün razılıq ala bilər.

Bizim.Media  xəbər verir ki, bu barədə  “The Washington Post” məlumat yayıb.

Nəşr Ağ Ev rəsmilərinə istinadən bildirib ki, "Bayden seçkidən öncə belə icazə vermək üçün ehtiyat edir".

Məqalədə qeyd olunur ki, hazırda ABŞ-da Ukrayna ilə bağlı ixtilaf hökm sürür. Ağ Ev və hökumət iki yerə bölünüb. Bəziləri Trampın hakimiyyətə gəlməsindən qorxur və onun Rusiyanın şərtləri ilə münaqişəni tez bir zamanda bitirəcəyinə inanır. Digərləri isə Bayden və Kamala Harrisdən narazıdırlar və onlar "kifayət qədər sərt hərəkət" etmədiklərini düşünürlər.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO