Britaniya İsrail və Livana ÇAĞIRIŞ ETDİ: “Geri çəkilin!”

Britaniya İsrail və Livana ÇAĞIRIŞ ETDİ: “Geri çəkilin!”

Hazırda oxunan: Britaniya İsrail və Livana ÇAĞIRIŞ ETDİ: “Geri çəkilin!”

213890

Böyük Britaniya İsrailin Livana hava zərbələrindən sonra bütün tərəfləri gərginliyi azaltmağa və atəşkəs razılığı əldə etməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmerin sözçüsü qeyd edib.

O, İsrailin özünümüdafiə hüququnu qətiyyətlə dəstəklədiklərini qeyd edərək bildirib: “Bizim çox açıq mesajımız budur ki, bütün tərəflər təmkin nümayiş etdirməlidir. Hər kəs geri çəkilməli və gərginliyin qarşısını daha çox almalıdır. Atəşkəs regionda sülhün təmin edilməsi üçün zəruri olan siyasi həll yolu tapmaq istiqamətində lazım olan imkanı təmin edəcək”.

O, regionun uçurumun kənarından geri çəkilməli olduğunu və bölgənin təhlükəli həddə yaxınlaşdığını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO